Hərbi helikopter qəzaya uğradı: 8 əsgər həlak olodu
    • 30-04-2024, 13:37
    • 220

Hərbi helikopter qəzaya uğradı: 8 əsgər həlak olodu

Kolumbiyanın şimalında Quaraperiya kəndi ərazisində qəzaya uğrayan Mİ-17 HK3395 nömrəli hərbi helikopterdə 1 general və 8 əsgər həlak olub.

News24.az xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabından verdiyi açıqlamada qəzada həlak olan əsgərlər üçün "böyük kədər" hiss etdiyini bildirib.

Qeyd edək ki, hərbi helikopterin “Clan del Golfo” adlı narkotik və hərbiləşdirilmiş təşkilata qarşı əməliyyatda iştirak etdiyi paylaşılıb.

Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Günel Məlikzadə