Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər
    • 30-04-2024, 13:57
    • 295

Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər

Kirants kəndinin sakinlərinin təklifi Ermənistan hökuməti tərəfindən rədd edilib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə kənd sakinlərindən biri jurnalistlərlə söhbətində məlumat verib.

Aprelin 29-da bir qrup Kirants sakini baş nazir Nikol Paşinyanla görüşmək üçün İrəvana gəlib. Görüşün sonunda iştirakçılar son dərəcə depressiyaya düşmüş görünüblər.

Onlar gözləntilərinin doğrulmadığını və nəticədən narazı olduqlarını bildiriblər.

“Hayastan” blokunun deputatı Qeqam Nazaryan bildirib ki, kənd sakinləri qeyri-müəyyənlik içində qalıblar.

“Sakinlərin yeni sərhədin sovetlərin vaxtındakı demarkasiyaya uyğun olması ilə bağlı təklifləri qəbul edilməyib, bəlkə də sərhəd kəndin içindən keçə bilər”, - Nazaryan bildirib.

Deputatın sözlərinə görə, sakinlərə hətta sovet sərhədinin “səhv” olduğunu deyiblər.

Deputat bildirib ki, kənd sakinləri şok vəziyyətindədirlər.