-
- 6-12-2019, 01:23
- 1 332
Azərbaycanda ayılar kəndə hücum etdi -VİDEO
Qubadan sonra ayı kəndlərə hücum edir. Hər gün ayı arı pətəklərini dağıdır. Ordan bal yedikdən sonra sanahsi gün yenə təkrar gəlir.
News24.az xəbər verir ki, bu hal artıq 15- gündən çoxdur ki, davam edir. Ayılar hətta gündüzlər də kəndin yaxınlığında görünməyə başlayıb. Kadrları isə kənd sakinləri öz mobil telefonları ilə lentə alıb.
Kimisi evin içindən ayını həyətə gələndə çəkib, kimisi isə kəndin içindən avtomobillə ayını qovarkən çəkib. Görüntülər Qusarın Zindanmuruq və Əniğ kəndlərindəndir.
Sakinlər bildirirlər ki, ayılar hər axşam həyətyanı sahələrə ordanda düz qapıya gələrək həyətbacanı dağıdır. 40-a yaxın arı pətəyi dağıdılaraq ordan bal yeyib. Bəzi evlərin çəpərlərini də ayılar dağıdıb. Vəziyyət o həddə çatıb ki, ayıları kənd sakinləri avtomobillə qovurlar ki, sakinlərə toxunmasın.
Kəndin İcra nümayəndəsi İmran Hacaliyev açıqlamasında bildirib ki, ayılar demək olar ki, hər gün gəlir. Kənddə harda arı yeşikləri var ora gedir. Gecələr həyətlərə çıxmaq qorxulu hala çevrilib. Ayılar əsasən Qusarın Aladaş Zindanmuruq və Əniğ kəndlərinə gəlir. Məsələ Qusar rayon İcra Hakimiyyətinindı diqqətindədir.(yenisabah.az)