Hökumətə qarşı maraqlı aksiya - Bütün kənd üçün cənazə namazı qıldılar - VİDEO
    • 23-07-2018, 11:20
    • 1 280

Hökumətə qarşı maraqlı aksiya - Bütün kənd üçün cənazə namazı qıldılar - VİDEO

Türkiyənin Osmaniyə vilayətinin Kırmacılı köyünün sakinləri hökumətə qarşı maraqlı aksiya keçiriblər.

News24.az xəbər verir ki, onlar kəndin yaxınlığında daş karxanasının tikilməsinə etiraz əlaməti olaraq "Daş ocağı tikilərsə, biz öləcəyik"  şüarı qaldırıblar. Bununla da yetinməyən kənd sakinləri simvolik olaraq ortaya bir cənazə qoyub, o cənazə üçün namaz qılıblar.

Daha sonra kəndin insanlarını təmsil edən cənazə  dualarla  dəfn edilib.