-
- 30-04-2024, 14:49
- 523
Ayaq sağlamlığı ilə bağlı bilməli olduğumuz 3 əsas əlamət
Vücudunuzla bağlı qeyri-adi hallar bəzən göz ardı edilməməsi lazım olan xəbərdarlıq əlamətləri ola bilər. Çünki vücudunuz yəqin ki, sizə bir şeyin səhv olduğunu və həkimə müraciət etməyin vaxtı olduğunu söyləməyə çalışır.
News24.az bu gün ayaqlarla bağlı 3 əsas əlaməti təqdim edir:
HEÇ KEÇMƏYƏN AĞRI
Diqqət etməli olduğunuz ilk şey ayaqlarınızdakı ağrıdır. Ayaqlarınızı hərəkət etdirsəniz belə, saatlarla daş zəmində yeriyirmiş kimi ağrımağa başladığında bu, əhəmiyyətli bir xəbərdarlıq əlamətidir.
BAĞLANMAYAN YARALAR
Diqqət etməli olduğunuz ikinci şey, ayaqların altında açılan və uzun müddət bağlanmayan yaralardır və buna ayaq xorası deyilir. Diabetli insanların təxminən 15 faizində baş verir və ayaq altındakı dəri toxumasında əmələ gələn açıq yaralar kimi təsvir edilir.
SESSİZ QATİLİ TANIMAQ
Üçüncüsü və ən əsası, dırnaqlarınız kövrək olur və ayaqlarınızdakı tüklər tökülür. Bu xəbərdarlıq işarəsi insan sağlamlığı üçün son dərəcə təhlükəli olan xolesterin adlı "səssiz qatil"in göstəricisi ola bilər.
Əgər sizdə yüksək xolesterol varsa, bu sizin "periferik arteriya xəstəliyi" kimi tanınan xəstəlikdən əziyyət çəkməyə səbəb ola bilər .
Böyük Britaniyanın səhiyyə orqanı olan NHS-in məlumatına görə, xəstəliyə xolesterol və ayaqlarınızdakı damarlarda yağ yığılması əmələ gətirən digər maddələr səbəb olur. Bu vəziyyətdə damarlarınız daralır və ayaqlarınıza daha az qan gəlir.
NƏ ETMƏLİ?
Bu səssiz qatillə mübarizə aparmaq çətindir, amma sağlam yemək, əgər artıq çəki varsa, arıqlamağa çalışmaq və spirt istehlakını azaltmaq xəstəliyin daha da pisləşməsinin qarşısını almağın ilk yoludur.
Bu vəziyyətdə edə biləcəyiniz ən yaxşı şey, müntəzəm olaraq idman etmək və siqaretdən qaçmaqdır, çünki bunlar xolesterolunuzu pisləşdirən əsas amillərdir.
İdman etməyə çalışırsınızsa, ancaq ayaqlarınızda təkrarlanan ağrılar hiss edirsinizsə, həkimə müraciət etməyin vaxtıdır.
Mehriban Mirzəzadə