“Nə atadan, nə qardaşdan qorxur”
    • 30-04-2024, 19:22
    • 352

“Nə atadan, nə qardaşdan qorxur”

“Ola bilsin ki, onlar öz mədəniyyətimizi, kökümüzü başa düşmürlər. Onları efirdə siz nizamlamalısınız”.

News24.az OLAY-a istinadla yazır ki, bu sözləri “Rəngarəng səhər” verilişində Xalq artisti Nəzakət Teymurova deyib. O, bəzi ifaçıları sərt tənqid edib:

“Bir insan nə atadan, nə qardaşdan, nə el-obasından qorxur. Çəkinəcək yeri yoxdur. Deyir gedirəm orada “partladacam”, hər yerdə məni paylaşacaqlar, sosial şəbəkələrdə gündəm olacağam. Amma düşünmür ki, ifası nədir? İnsanın sənəti olmalıdır. İki-üç dəfə gözəlliyimlə çıxıramsa, sonra nə ilə çıxacam? Bir də görürsən, efirdə gah oynayırlar, gah əşyalarını göstərirlər. İnsanın sənəti olmasa, elə 5 gün gəzə bilər. Yola verər, gündəmdə olar. Ondan sonra orada-burada çürüyəcək”.