Abituriyentlər üçün son 1 həftə!
    • 30-04-2024, 18:25
    • 160

Abituriyentlər üçün son 1 həftə!

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyatın bitməsinə 1 həftədən az vaxt qalıb.

News24.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 68 mindən çox abituriyent qeydiyyatdan keçib.

Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 23564 nəfər bu qrup üzrə müraciət edib.

II ixtisas qrupu üzrə 19494 nəfər, III qrup üzrə 20282 nəfər, IV qrup üzrə isə 5083 nəfər qeydiyyatdan keçib.

Qeydiyyatdan keçənlərin böyük hissəsini - 61587 nəfəri Azərbaycan bölməsi, 6836 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir.

Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.