Tramp Netanyahunu tənqid etdi: Uduzurlar
    • 1-05-2024, 09:20
    • 179

Tramp Netanyahunu tənqid etdi: Uduzurlar

ABŞ-ın keçmiş prezidenti Tramp “Time” jurnalına müsahibəsində İsrail və Qəzzadakı vəziyyətlə bağlı geniş dəyərləndirmələr edib.

News24.az xəbər verir ki İsrailin baş naziri Netanyahunun Qəzzadakı prosesi səhv idarə etdiyini bildirən Tramp, HƏMAS-ın 7 oktyabr hücumları ilə ortaya çıxan “uğursuzluğun” Netanyahuya aid olduğunu müdafiə edib.

Qəzzadakı müharibəni dayandırmaq üçün ABŞ-ın İsrailə silah dəstəyini dayandırmağı düşünüb-düşünməyəcəyini soruşduqda, Tramp buna məhəl qoymayacağını deyib.

7 oktyabr hadisələrində İranla yanaşı, Həmas-ı da günahlandıran Tramp prezident olsaydı, bu hücumların heç vaxt baş verməyəcəyini iddia edib. Tramp İsrailə ən böyük dəstəyi verən ABŞ prezidenti olduğunu deyib. O, yenidən prezident olacağı təqdirdə bu ölkəyə ən güclü dəstəyi verəcəyini də bəyan edib.

“Onlar PR müharibəsini çox pis uduzurlar”, - Tramp deyib.

Günel Məlikzadə