Tramp prezident seçilərsə bu qadağaları TƏTBİQ EDƏCƏK
    • 24-10-2023, 14:38
    • 238

Tramp prezident seçilərsə bu qadağaları TƏTBİQ EDƏCƏK

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində yenidən seçiləcəyi təqdirdə səyahət qadağalarını yenidən tətbiq edəcəyini və mühacirlərə qarşı “ideoloji yoxlamalar” aparacağını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə "Ntv haber" məlumat yayıb.

Tramp immiqrantları öz ideologiyasına uyğun qəbul edəcək.

ABŞ prezidenti Co Baydenin hakimiyyəti dövründə milyonlarla qeyri-qanuni immiqrantın ABŞ-a daxil olduğunu iddia edən Tramp bu mühacirləri deportasiya etmək planını da təkrarlayıb.

Baydeni “bacarıqsızlıqda” günahlandıran Tramp İsrail və Fələstin arasındakı münaqişələrə işarə edərək, Yaxın Şərqdəki hazırkı qarışıqlığa görə Baydenin məsuliyyət daşıdığını deyib.

Ülkər Abdurahmanlı