“İsrailin yanındayam” - Trampdan DƏSTƏK MESAJI
    • 14-10-2023, 10:29
    • 278

“İsrailin yanındayam” - Trampdan DƏSTƏK MESAJI

ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial media platforması vasitəsilə İsraili və İsrailin baş naziri Netanyahunu dəstəklədiyini bildirib. 

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

Bir müddət əvvəl İsrailin baş naziri Benyamin Netanyahuya qarşı açıqlamaları ilə gündəmə gələn keçmiş ABŞ prezidenti Donald Tramp: “İsrailin yanındayam” -deyə, paylaşım edib.

Tramp sosial media hesabında İsrail və Netanyahuya dəstəyini nümayiş etdirib.

Qeyd edək ki, aylar öncə Tramp İsrailin baş naziri Benyamin Netanyahunu keçmiş Qüds Qüvvələrinin komandiri Qasım Süleymanini öldürmək üçün keçiriləcək əməliyyatı dəstəkləmədiyi üçün günahlandırıb. 

Ülkər ABDURAHMANLI