-
- 1-05-2024, 13:07
- 343
İşsizlərin sayı 2 milyon nəfər artacaq
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatı "Dünya Məşğulluğun Görünüşü" adlı hesabatını dərc edib. Hesabatda vurğulanıb ki, 2024-cü ildə işsizlik nisbətlərində artım gözlənilir.
News24.az xəbər verir ki, təşkilatın hesabatına görə, 2024-cü ildə işsizlərin sayı 2 milyon nəfər artacaq.
Ötən il 5,1 faiz olan ümumi işsizlik səviyyəsi bu il 5,2 faizə yüksələcək.
Hesabatda yüksək və aşağı gəlirli ölkələr arasında ciddi məşğulluq fərqlərinin olduğu vurğulanıb. Yüksək gəlirli ölkələrdə işçi çatışmazlığı 8,2% olduğu halda; Aşağı gəlirli ölkələrdə bu nisbətin 20,5 faizə yüksəldiyi bildirilib.
Gündə 2 dollar yarımdan az qazanan həddindən artıq yoxsulluq şəraitində yaşayan işçilərin sayı 2023-cü ildə təxminən 1 milyon nəfər artıb. Gündə 3,65 dollar qazanan orta yoxsulların sayı 8,4 milyon artıb. Hesabata görə, işləyən yoxsulluq 2024-cü ildə də davam edəcək.
GƏLİR BƏRABƏRSİZLİYİ ARTIŞI DAVAM EDƏCƏK
Təşkilatın hesabatında yoxsulluqla yanaşı, gəlir bərabərsizliyinin artmasının da davam edəcəyi bildirilib.
Hesabatda qeyd olunub ki, əldə edilə bilən real gəlirin azalması məcmu tələbin pisləşməsi və daha dayanıqlı iqtisadiyyatın bərpası deməkdir.
Günel Məlikzadə