Müsavat Dərvişoğlu kimdir?
    • 1-05-2024, 23:10
    • 152

Müsavat Dərvişoğlu kimdir?

Müsavat Dərvişoğlu İYİ Partiya başqanı seçkisindən sonra Türkiyədə sosial media istifadəçilərinin maraq göstərdiyi adlar arasında olmağa başlayıb. Bəs Müsavat Dərvişoğlu kimdir? 

News24.az xəbər verir ki, Müsavat Dərvişoğlu 1960-cı ildə Ankarada anadan olub. İbtidai və orta məktəbi Fatsada, liseyi isə Samsunda bitirib.

Ali təhsilini Qazi Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin Biznesin idarə edilməsi bölməsində bitirib.

Bir çox şirkətlərdə baş menecer vəzifəsində çalışıb.

İYİ Partiyasının Qrup sədrinin müavini vəzifəsində çalışıb. Müsavat Dərvişoğlu Meral Akşenerin vəzifədən getməsindən sonra keçirilən yeni İYİ Partiya Sədr seçkisindən sonra partiyanın ikinci sədri olub.

Qeyd edək ki, 1991-ci ildən İzmirdə yaşayan və bizneslə məşğul olan Müsavat Dərvişoğlu evlidir və bir övladı var.

Günel Məlikzadə