-
- 1-05-2024, 23:20
- 259
Fransa xarici işlər nazirinin sürpriz səfəri
Fransa diplomatik mənbəsinin məlumatına görə, Fransanın xarici işlər naziri Stefan Sejourne bu gün Qahirəyə qəfil səfər edib.
News24.az xəbər verir ki, nazir Sejourne-nin Qahirəyə səfəri onun Yaxın Şərqə cari turu zamanı planlaşdırılmamış səfərdir.
Səfərin səbəbi kimi Qəzzada İsrail və HƏMAS arasında atəşkəsin əldə olunması üçün səylərin kritik nöqtəyə çatması göstərilib.
Qeyd edək ki, Fransa xarici işlər naziri Qahirəyə səfəri zamanı İsrailin Rəfaha qarşı quru əməliyyatı keçirməməli olduğunu vurğulayıb.
Nazir İsrail və HƏMAS arasında atəşkəsə nail olmaq üçün fəaliyyətini davam etdirəcəyini bildirməklə yanaşı, əsir mübadiləsinin həyata keçiriləcəyi təqdirdə 3 fransız girovun azad edilənlər arasında olacağına ümid etdiyini bildirib.
Günel Məlikzadə