Fransadan Navalnının ölümünə reaksiya
    • 20-02-2024, 16:15
    • 215

Fransadan Navalnının ölümünə reaksiya

Fransanın xarici işlər naziri Stefan Sejourne bildirib ki, rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümündən sonra Rusiyanın Parisdəki səfirini nazirliyə çağırıb.

News24.az xəbər verir ki, Fransanın xarici işlər naziri Stefan Sejourne Argentinaya səfəri zamanı mətbuata açıqlamasında “Rusiya prezidenti Vladimir Putin rejiminin əsl üzünüzü göstərdiyini” bildirib və Rusiyanın Parisdəki səfirini nazirliyə çağırıb.

Onu da qeyd edək ki, Rusiyanın Madrid, Stokholm, Berlin, Haaqa və Oslodakı səfirləri də olduqları ölkələrin xarici işlər nazirliklərinə çağırılıb.

Günel Məlikzadə