Bu gün məşhur “Ulduz müharibələri” kinoepopeyasının fanatlarının günüdür
    • 4-05-2019, 11:16
    • 653

Bu gün məşhur “Ulduz müharibələri” kinoepopeyasının fanatlarının günüdür

Hər il may ayının 4-də fanatlar “Ulduz müharibələri” (“Star Wars”)  gününü qeyd edirlər.

News24.az xəbərinə görə, əslində məşhur kinoepopeya nə bu gündə çəkilməyə başlayıb, nə də ki, həmin gün premyerası olub. Sadəcə filmdə tez-tez işlədilən ingiliscə “May the force be with you” (“Güc səninlə olsun”) ifadəsinin ilk sözləri tələffüzdə “May the fourth” yəni, mayın 4-ü kimi səslənir. Bu da hər il mayın 4-ü “Ulduz müharibələri” günü kimi qeyd edilməsi ənənəsini yaradıb. Hər il minlərlə fanat sevimli filmlərinə sevgisini ifadə edərək, fikirlər səsləndirir, zarafatlar qoşur, müxtəlif brendləri alırlar. 

Qeyd edək ki, dünyada məşhur olan “Ulduz müharibələri” Corc Lukas tərəfindən yaradılmış filmlər seriyasına əsaslanan Amerikan epik kosmik opera françayzıdır. Filmlər seriyası sonradan genişləndirilərək media françayzına çevrilib, kitablar, teleseriallar, kompyuter və video oyunları və komiks kitablarını da əhatə edən Geniş Kainat yaradılıb. 

Filmlər seriyasının ilk filmi olan “Ulduz müharibələri” 25 may 1977-ci ildə 20th Century Fox tərəfindən çıxarılıb və bütün dünyada pop mədəniyyət fenomeninə çevrilərək, üç illik intervalla çıxarılan iki prikvelin yaradılmasına səbəb olub. Trilogiyadan olan sonuncu filmin çıxarılmasından on altı il sonra yeni prikvel trilogiyasının ilk filmi təqdim edilib. Yeni prikvel filmləri də üç illik intervalla çıxarılıb, bu trilogiyadan olan sonuncu film isə 19 may 2005-ci ildə təqdim edilib. 2012-ci ilin oktyabrında Lucasfilmi $4.05 milyarda alan The Walt Disney Company üç yeni filmin çıxarılacağını açıqladı.  İlk üç film əsasən müsbət qəbul edilib, onlardan sonuncusu bir qədər zəif kimi vurğulanıb, prikvel trilogiya isə qarışıq rəylər alıb. Hər altı film Oskar mükafatına namizəd göstərilmiş vəmükafatı qazanıb.  

Filmlər seriyasına daxil olan bütün filmlərin gəlirləri ümumilikdə $4.49 milyard təşkil edib və “Ulduz müharibələri” filmlər seriyası beşinci ən gəlirli filmlər seriyası olub. Uğurun səbəblərindən biri də seriyaya daxil olan filmlərin müxtəlif kinoteatrlarda dəfələrlə təkrarən göstərilməsi olub.
Filmlər seriyasında "uzaq, çox uzaq" kimi təsvir edilən qalaktikada yerləşən kainat təsvir olunur. Bu kainatda Cedaylar əsasən xeyir, Sith isə onlarla mübarizə aparan şər kimi təsvir olunur. Onların istifadə etdikləri silah olan işıq qılıncı populyar mədəniyyətdə geniş yayılıb. Uydurma Ulduz müharibələri kainatında xüsusilə fəlsəfə və din əsasında formalaşdırılmış bir çox mövzulara toxunulub.