Həkim qəbul zamanı pasiyentlərə təcavüz edib
    • 1-05-2024, 21:09
    • 224

Həkim qəbul zamanı pasiyentlərə təcavüz edib

Böyük Britaniyanın Uiltşir əyalətindən olan həkim-terapevt öz xəstələrini zorlamaqda günahlandırılıb.

News24.az herbiand.az-a istinadla bildirir ki, bu barədə Daily Star xəbər verib.

Altı qadın 40 yaşlı doktor Tomas Plimmerin klinikada görüş zamanı onları təqib etdiyini, sonra isə zorladığını bildirib. Təqsirləndirilən şəxs xəstələrlə razılıq əsasında cinsi əlaqədə olduğunu iddia edib. Həkimin sözlərinə görə, o da psixi pozğunluqdan əziyyət çəkir və özünü idarə edə bilmir.

Plimmerin lisenziyası ləğv edilib və ona ittiham irəli sürülüb. Terapevtin gələcək taleyini məhkəmə müəyyən edəcək.