Azərbaycan Rusiyadakı foruma dəvət olundu
    • 1-05-2024, 22:27
    • 172

Azərbaycan Rusiyadakı foruma dəvət olundu


Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüşlər davam edir.

News24.az Kult.az-a istinadla xəbər verir ki, mayın 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşü olub.

Söhbət zamanı Azərbaycan-Rusiya mədəni əlaqələrinin qədim tarixinin və köklü ənənələrinin olduğu bildirilib. Yaxın gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya Mədəniyyəti Günləri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyalı nazir ölkəmizi bu ilin sentyabr ayında təşkil olunacaq X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edib.