-
- 2-05-2024, 10:49
- 351
Əkinçilik sahələrini su basdı
Konyada 2 gündür davam edən güclü yağış nəticəsində əkin sahələri su altında qalıb. Xüsusilə yeni əkilmiş qarğıdalı sahələrinə ciddi ziyan dəydiyi bildirilib.
News24.az xəbər verir ki, Türkiyənin ən quraq və ən az yağışlı bölgəsi olan Karapınarda 1 gündə kvadrat metrə 50 kilo yağıntının düşdüyü qeyd edilib.
Son günlər yağan yağışlar quraqlıq mövsümü yaşayan Karapınarda sevinc bəxş etsə də, məhsula dəyən ziyan fermerləri narahat edir.
Yağışlar rayon mərkəzində vətəndaşlar üçün çətin anlar yaşatsa da, bələdiyyə qrupları tıxanmış lyukların açılması üçün böyük səy göstərib.
Günel Məlikzadə