-
- 4-05-2019, 13:18
- 847
3691 əlilliyi olan şəxs protez-ortopedik xidmətlərlə təmin olunub
Cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 3691 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, onlardan 425 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 470 əlil arabası, 356 aşağı və yuxarı ətraf, habelə döş protezi, 389 aşağı və yuxarı ətraf ortezi, 2273 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 91 korset, 516 cüt protez ayaqqabı, 1925 cüt ortopedik ayaqqabı, 312 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 914 qoltuqaltı və dirsəkaltı ağac, 524 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, 2019-cu ilin yanvar-aprel aylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 10135 reabilitasiya vasitəsi verilib, 256 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.