-
- 2-05-2024, 23:10
- 557
Qaraciyər piylənməsi nədir?
Qaraciyərin yağlanması, başqa sözlə piylənmə; Müxtəlif səbəblərdən qaraciyər hüceyrələrində artıq yağ yığılması səbəbiylə meydana gələn sağlamlıq problemidir. Normalda qaraciyərdə müəyyən miqdarda yağ olur və bu yağ qaraciyərə zərər vermir.
News24.az xəbər verir ki, artıq yağ səviyyəsi qaraciyər funksiyalarını məhdudlaşdırır və struktur dəyişikliklərinə səbəb olur.
Qaraciyərin piylənməsinin səbəbləri
Piylənmə: İnsulin müqaviməti, hormonal səbəblər və ya pis yemək vərdişləri nəticəsində alınan artıq çəkilər bədəndəki yağ hüceyrələrində yığılır. Artıq çəki artdıqca hüceyrələr yağ saxlaya bilmir və burada yığıla bilməyən yağlar qaraciyər kimi orqanlarda yığılmağa başlayır.
Həddindən artıq spirtli içki içmək: Spirt istehlakı həddindən artıq olduqda qaraciyər yağlanması başlaya bilər. Çünki spirt qaraciyərin yağ mübadiləsində funksiyasını pozur və qaraciyər hüceyrələrində piylərin yığılmasına səbəb olur.
İnsulin müqaviməti: Genetik səbəblər də daxil olmaqla, zəif qidalanma kimi faktorlar orqanizmdə insulin müqavimətinə səbəb ola bilər. Orqanizmdəki hüceyrələrin insulin hormonuna müqavimət göstərməsi nəticəsində mədəaltı vəzi daha çox insulin ifraz etməyə başlayır və insulin hormonunun bu artımı nəticəsində qanda və qaraciyərdə yağ turşularında artım baş verir. . Nəticə qaraciyərin yağlanmasıdır...
QARACİYƏRİN PİYLƏNMƏSİNİN QARŞISINI ALMAQ ÜÇÜN;
- Sağlam bir pəhriz proqramına əməl edin və müntəzəm yemək rejimi qurun.
- Həyatınızda tərəvəz və meyvələrə daha çox yer ayırın.
- Artıq çəkinizdən ən qısa zamanda xilas olun.
- Alkoqol və siqaretdən uzaq durun.
- İdmana başlayın və həftədə ən azı 3 gün məşq edin.
Günel Məlikzadə