-
- 24-04-2024, 23:50
- 583
Wilson xəstəliyi nədir?
Wilson xəstəliyi uşaqlarda nadir rast gəlinən genetik xəstəlikdir.
News24.az xəbər verir ki, Wilson xəstəliyi (WD) mis mübadiləsinin pozulması nəticəsində yaranan genetik xəstəlikdir. Qaraciyər və beyin başda olmaqla bir çox orqanlarda yığılan misin orqan zədələnməsi müxtəlif şikayət və simptomlara səbəb olur. WD müalicə edilmədikdə ölümcül ola bilər.
WD nadir bir xəstəlikdir və müxtəlif cəmiyyətlərdə rast gəlinmə nisbətinin 0,3-0,7% arasında olduğu bildirilmişdir. Xəstəliyin ən çox görülən yaşı 5 ilə 45 yaş arasındadır, lakin çox nadir hallarda 3 yaşdan 63 yaşa qədər olanlar da var.
Qeyd edək ki, xəstəliyin tapıntıları 6-10 yaşlarında aşkar edilə bilər, lakin erkən diaqnoz qoyula bilməyən xəstələrdə qaraciyər və beyin tutulması ilə bağlı şikayətlər çox vaxt 20-30-da yaşda ortaya çıxır.
Günel Məlikzadə