-
- 10-04-2024, 19:47
- 682
Spirtli içki şəkərli diabet riskini artırır
Texas Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, alkoqoldan çox istehlak (kişilər üçün həftədə 15 və daha çox, qadınlar üçün isə səkkizdən çox içki) qanda qlükoza səviyyəsinin tənzimlənməsinə mənfi təsir göstərir və böyüklər və yaşlı insanlarda şəkərli diabet riskini artırır.
News24.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri Amerika Fiziologiya Cəmiyyətinin (APS) saytında təqdim olunub.
Məlumdur ki, həddindən artıq spirt istehlakı qaraciyər və mədəaltı vəzi funksiyalarını poza bilər. Bu orqanların işləməməsi öz növbəsində orqanizmdə qlükoza (qan şəkəri) səviyyəsinin idarə olunmasına mənfi təsir göstərir.
Tədqiqatlar göstərir ki, gənclər adətən müəyyən yaşa qədər çoxlu içkiyə görə aclıq qlükoza səviyyəsi və ya insulin müqaviməti ilə bağlı ciddi problemlərlə üzləşmirlər. Ancaq yaşlandıqca bu pis vərdiş metabolik sağlamlığınızı pisləşdirə bilər.
Tədqiqatçılar yeni bir araşdırmada kişilər üçün həftədə 15-dən çox, qadınlar üçün isə səkkizdən çox spirtli içki içməyin 50-64 yaş arasında 2-ci tip şəkər xəstəliyinə tutulma riskini artırdığını müəyyən ediblər. Bu miqdarda spirt qanda fosfatidiletanolun konsentrasiyasını mililitrdə 20 nanoqrama (ng/ml) qədər artırır. Fosfatidiletanol (PEth) təhlükəli spirt istehlakının birbaşa biomarkeridir.
Bədəndə fosfatidiletanolun səviyyəsinin artması qaraciyər yağlanması kimi digər xəstəliklərin riskinin artdığını göstərə bilər.
Mehriban Mirzəzadə