-
- 27-02-2024, 16:34
- 382
3 şəhər üçün "Fırtına" xəbərdarlığı
Türkiyədə meteorologiya 3 şəhər üçün tufan xəbərdarlığı edib. Hakkari, Şırnak və Vanın bəzi yerlərində güclü küləyin əsəcəyi gözlənilir.
News24.az xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsindən verilən məlumata görə, küləyin Hakkari ətrafı, Şırnakın şərqi, Vanın cənubu ətrafında şimal və şimal-şərq istiqamətlərindən güclü əsəcəyi, yüksək bölgələrdə qısamüddətli fırtına kimi əsəcəyi təxmin edilir.
Fırtınanın sabah gecə öz təsirini itirəcəyi gözlənilir.
Külək və tufan nəticəsində yarana biləcək nəqliyyatın pozulması, tüstü qazından zəhərlənmə, çovğun, qar yığılması və uçqun təhlükəsi kimi neqativlərə qarşı diqqətli və tədbirli olmaq lazımdır.
Günel Məlikzadə