"Medianın cəmiyyətin və dövlətin inkişafında rolu danılmazdır"
    • 3-05-2024, 11:10
    • 250

"Medianın cəmiyyətin və dövlətin inkişafında rolu danılmazdır"

Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik.

News24.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, medianın cəmiyyətin və dövlətin inkişafında rolu danılmazdır: "Azərbaycanda medianın müasir tələblərə uyğun inkişafı sahəsində ölkə başçısı bütün zəruri addımları atıb. "Media haqqında" qanunda media-cəmiyyət, media -dövlət əlaqələrini müddəalarından əks etdirir. Bu qanun həm də jurnalistlərin jurnalistlərin hüquqlarını qorunmasında mühüm rol oynayır. Bu gün MEDİA müxtəlif istiqamətində Azərbaycanda media vasitələrinin obyektiv və səmərəli inkişafına dəstək olur".