Boşanmaqda olduğu yoldaşını küçənin ortasında güllələdi
    • 13-11-2023, 13:17
    • 272

Boşanmaqda olduğu yoldaşını küçənin ortasında güllələdi

Şanlıurfada Ahmet Dışçi (51) boşanma prosesində olduğu həyat yoldaşı Emine Dışçini (47) küçənin ortasında ov tüfəngi ilə güllələyib.

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

Hadisə səhər saatlarında Cengiz Topel məhəlləsində baş verib. Boşanma prosesində olan Emine Dışçi ilə həyat yoldaşı Ahmet Dışçi arasında küçədə mübahisə düşüb. Bu sırada Ahmet Dışçi yoldaşına ov tüfəngi ilə dəfələrlə atəş açıb. Hadisə yerinə polis və təcili tibbi yardım maşınları sövq edilib. Yaralı qadın  xəstəxanaya aparılıb.

Qadının vəziyyəti ağırdır.

Qaçan şübhəlinin tutulması üçün araşdırmalara başlanılıb.

Ülkər Abdurahmanlı