-
- 4-05-2024, 05:24
- 751
Kartof pankeklərinin hazırlanması – Çox dadlıdır
Draniki və ya kartof pankeklərini bir çox insan sevir. Bu pankeklər hər nə qədər kartof kotletlərinə bənzəsə də, fərqli tərkib hissələrinə sahibdir. Kartof pankekləri az adamın eşitdiyi tamamilə fərqli bir yeməkdir.
News24.az lent.az-a istinadən kartof pankeklərinin hazırlanma qaydasını təqdim edir:
Kartof - 4 ədəd;
Yumurta - 3 ədəd;
Un - 150 q;
Süd - 400 ml;
Zövqə görə duz və şüyüd;
Bitki yağı.
1. Pankekləri hazırlamaq üçün soyulmuş kartofu qaynadıb əzmək və ya hazır kartof püresi istifadə etmək lazımdır.
2. Püreyə yumurta, duz, ilıq süd əlavə edin və həll olunana qədər qarışdırın.
3. Unu kiçik hissələrə ayırın, homojen bir xəmir əldə etmək üçün qarışdırın.
4. Daha sonra doğranmış göyərtilər tökün, istəsəniz rəndələnmiş pendir, doğranmış sarımsaq və digər ərzaqları əlavə edib qarışdıra bilərsiniz.
Pankekləri bitki yağı ilə dolu olan qızartma qabında bişirilir. Sonda onu xama və ya qızardılmış soğan ilə təqdim edin.
Nuş olsun!