Kartofu qabığı ilə yeməyin FAYDALARI - Bu xəstəliklərdən QORUYUR
    • 4-04-2024, 21:38
    • 1 172

Kartofu qabığı ilə yeməyin FAYDALARI - Bu xəstəliklərdən QORUYUR

Mətbəximizdə mühüm yer tutan qidalardan biri də kartofdur. Biz çox vaxt kartofu soyub qabıqlarını atırıq, lakin kartof qabığı düşündüyümüzdən qat-qat faydalıdır. 

News24.az xəbər verir ki, kartof istehlakı tərkibindəki komponentlərlə sağlam həyat tərzini dəstəkləyir.

Belə ki, kartof qabığı kaliumla zəngindir. Kartofun qabığında banandan daha çox kalium var. Bu, kartof qabıqlarını bədənin ehtiyac duyduğu kalium dəyərini qarşılamaq üçün unikal mənbəyə çevirir.

Tərkibindəki yüksək lif sayəsində qabığı soyulmamış kartof həzmi tənzimləyir və uzun müddət toxluq hissi yaradır.

Eyni zamanda, kartof qabığı C vitamini ilə də zəngindir. Tərkibindəki yüksək C vitamini sayəsində kartof qabığı immuniteti gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur. Qış aylarında isə qrip, soyuqdəymə kimi xəstəliklərə tutulma riskini azaldır.

Kartofu qabığı ilə birlikdə istehlak etmək yaraların qısa müddətdə sağalmasına da kömək edir.