-
- 3-05-2024, 15:27
- 500
5,9 bal gücündə ZƏLZƏLƏ OLDU
Filippin sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 242 min nəfərin yaşadığı Tacloban şəhərindən (Leyte adası) 63 km cənub-şərqdə yerləşib. Mənbə 94 km dərinlikdə yerləşirib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Mehriban Mirzəzadə