Elçinlə Aydan barışdı!
    • 4-05-2024, 18:15
    • 135

Elçinlə Aydan barışdı!

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb.

News24.az OLAY-a istinadən xəbər verir ki, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb.

Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşması olub.

Qeyd edək ki, boşanma xəbərlərindən sonra Elçin tam açıqlama verməmiş, o, bu söhbətlər barədə üstüörtülü danışmışdı. 

Onu da xatırladaq ki, cütlüyün Can adlı bir oğlu var.