-
- 4-05-2024, 21:00
- 537
Niyə qadınlar 40 yaşdan sonra arıqlaya bilmir? – SƏBƏB
Bəzi qadınlar yetkinlik dövründə arıqlamağın gənclik illəri ilə müqayisədə daha çətin olduğunu bildirirlər. Zərif cinsin nümayəndələrinin yaş keçdikcə artıq çəkidən çətinliklə qurtulmasının 2 mümkün səbəbi var.
News24.az Lent.az-a istinadən həmin səbəbləri təqdim edir:
Metabolizmin yavaşlaması
Bildirilir ki, insan yaşlandıqca onun maddələr mübadiləsi yavaşlayır. Kalorilər əvvəlki kimi tez yandırılmır. Əzələlər daha tez yoxa çıxır. Yeri gəlmişkən, bu problem kişilər üçün də aktualdır.
Estrogen səviyyəsinin aşağı düşməsi
Bu qadın hormonu orqanizmin fəaliyyətində mühüm rol oynayır. Yetkinlik dövründə aydınlaşa bilən estrogen çatışmazlığı insulin həssaslığına səbəb olur. Belə bir vəziyyətdə, düzgün bəslənmə üçün əlverişli olmayan şəkər səviyyələrində sıçrayışlar baş verir.
Ortaya çıxan problemlərə baxmayaraq, bir qadın 40 yaşdan sonra da gözəl bədənə sahib ola bilər.
Ancaq bunun üçün düzgün qidalanmaq, tez-tez fiziki fəaliyyət və yaxşı yuxu rejimi olmalıdır.
Şirniyyatlar, yağlı və duzlu yeməklərlə həddindən artıq yüklənməyə ehtiyac yoxdur. Bunların yerinə tərəvəz və taxıl məhsullarına üstünlük verin.