Osteoporoza çarə tapıldı
    • 21-02-2019, 12:15
    • 956

Osteoporoza çarə tapıldı

Alimlər osteoporozun, sümüklərin zədələnməsinin qarşısını almağın da yolunu tapıblar.

Belə ki, ABŞ-ın San-Fransisko və Los-Anceles universitetlərinin alimlərinin tədqiqatları dünyada oynaqların yaşla bağlı problemlərindən əziyyət çəkən 200 milyondan çox insana ümid verir.
Osteoporoz skeletin metobolik xəstəliyidir, sümük toxumasının zədələnməsi-nazikləşməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnir.
Qadınlar xüsusən osteoporoza meyllidir, çünki yaşla bağlı onlarda estrogen hormonunun səviyyəsi aşağı enir. Estrogen hormonu qanda kifayət qədər olduqda, o sümüklərin möhkəmliyini qoruyur. Bu, estrogenin əlavə təsirinin effektidir, onun əsas funksiyası nəslin davamlı inkişafını təmin etməkdir.
Lakin, qadın doğuş yaşından çıxdıqdan sonra, təbiət artıq ona sümüklərin möhkəmliyi üçün qayğı göstərmir və onun oynaqlarını qorumur. Qanda estrogenin səviyyəsi düşüb hipotalamusda cəmləşdikdə, o sümük hüceyrələrinin yaranmasını qarşısını alır və bununla sümüklər daha kövrək olur. Bu da həyat keyfiyyətini aşağı salaraq, sınıqlara və sağlamlıqla bağlı digər problemlərə gətirir.
Mütəxəssislər kimyəvi reaksiyaları izləyib və ona təsir etməyi qarşılarına məqsəd qoyublar. Məlum olub ki, beyində estrogen reseptorlarına təsir edilsə, sümüklərin dağılmasının qarşısını almaq mümkün olar. Təcrübənin nəticələri “Nature Communications” jurnalında nəşr olunub.
Hipotalamus hüceyrələrinin siqnallarının qarşısı alınsa (bu zülal reseptorunun xaric edilməsi ilə əldə olunur) sümük toxumasının nəinki dağılması dayanır, hətta artmağa başlayır. Yaşlı siçanlar üzərində aparılmış bu təcrübə göstərib ki, onların sümüklərində maddələr mübadiləsi sürətlənib, sümük kütləsi 50% artıb və ölənə kimi yüksək səviyyədə qalıb.
Amerikalı alimlərin tədqiqatı qadın beynində estrogenin hipotolamusla qarşılıqlı əlaqəsini dəqiq nümayiş etdirib. Lakin aşkarlanmış mexanizm kişilərdə də sümük dağılmasının qarşısını almağa imkan verir. Belə ki, insanlarda qocalıqda da fiziki fəallığı və çevikliyi qoruyub saxlamaq ümidi yaranıb.
 
//E-tibbAz