-
- 29-07-2023, 13:12
- 523
Azərbaycanda siqaret çəkən qadınlar niyə artıb? - İLGİNC SƏBƏB
Son zamanlar qadınlar arasında siqaret çəkənlərin sayı durmadan artır. Qəribədir ki, qadınların bir çoxu siqareti əyləncə üçün deyil, arıqlamaq, forma saxlamaq üçün çəkir. Çünki, siqaretin tərkibindəki bəzi maddələr insan orqanizmindəki piyləri əridir, iştahsızlıq yaradır. Ona görə də bəzi qadınlar artıq çəkidən qurtulmaq üçün siqaret çəkir.
News24.az xəbər verir ki, istədikləri çəkiyə sahib olduqdan sonra qadınlar asanlıqla öz sevimli vərdişlərindən əl çəkə bilmirlər. Bunun da iki səbəbi var. Beləki, bəzi qadınlar qorxurlar ki, siqareti atsalar yenə də artıq çəki alacaqlar. Digər qadınlarda isə sadəcə siqaretdən asılılıq yaranır.
Terapevt Nəzrin Namazova "Bizim.Media"ya müsahibəsində bildirib ki, ilk növbədə insanların siqaret istifadəsi zamanı niyə çəki itirdiklərini araşdırmaq lazımdır:
“Əslində bu insanların çox qorxduqları, sanki doğru bilinən yalnışlardan biri kimi qəbul edilib ki, mən siqareti buraxsam çəki alacam. Amma onlar ilk növbədə siqaret istifadəsi zamanı niyə çəki itirdiklərini bilməlidirlər. İlk növbədə biz buna baxmalıyıq. Nikotin insan orqanizmində metabalizmanı sürətləndirir və biz çəki itirilməsiylə qarşılaşırıq.
Eyni zamanda nikotin iştahı azaldır. Bu da çəkinin itirilməsinə gətirib çıxara bilir. İnsanlar siqaret istifadəsini dayandırdıqda çəki alınmağa başlayırlar. Çünki dad bilmə orqanları fəaliyyətə başlayır, iştah yenidən aktiv olur və dolayı yolla kökəlmə yaşanır”.