-
- 4-05-2024, 21:30
- 256
Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib
Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İƏT-in Sammiti çərçivəsində Somali Baş nazirinin müavini Salah Əhməd Cama ilə görüşüb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”dəki hesabında bildirib.
Tərəflər potensial ikitərəfli əməkdaşlığın sahələrini, çoxtərəfli platformalar çərçivəsində, xüsusən də BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində qarşılıqlı əməkdaşlığı müzakirə ediblər.
"Qambiya Respublikasına işgüzar səfərim zamanı Somalinin Baş nazirinin müavini Salah Əhməd Cama ilə görüşməkdən məmnun oldum. Biz ikitərəfli əməkdaşlığın, qarşılıqlı səfərlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafının vacibliyini vurğuladıq”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “X”dəki hesabında qeyd edib.