-
- 5-05-2024, 11:42
- 368
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
Elm adamları quş qripinin ilk dəfə məməlilərdən insanlara keçməsindən qorxurlar ki, bu da ölümcül virusun təkamülündə daha bir addımdır.
Yeni təhlil göstərib ki, H5N1 virusu üçün testi müsbət çıxmış texaslı ferma işçisinin xəstə mal-qarasının südündən yoluxduğuna dair güclü sübutlar var.
News24.az “Cebhe.info”-ya istinadla xəbər verir ki, bu barədə “Sky News” yazıb.
Son illərdə virusa yoluxmuş başqa insanlar, o cümlədən ölənlər hamısı quşlardan yoluxmuşdu. Yeni tapıntı daha böyük təhlükə vəd edir.
ABŞ səlahiyyətlilərinin virusun yayılmasının qarşısını ala bilməməsi ilə bağlı narahatlıqlar artır.
İndiyədək doqquz ştatda 36 heyvan süründən alınan testlər müsbət çıxıb. Lakin süd analizi virusun daha geniş yayıldığını göstərib.
Əhliləşdirilmiş məməlilər arasında virus nəzarətsiz yayıldıqca, yeni növə uyğunlaşma və yaxın təmasda olan insanlara yayılma ehtimalı daha yüksəkdir.
“New England Journal of Medicine”-də dərc olunan hesabata görə, Texasda yoluxmuş adamın simptomları yüngül olub.