Ülvi Məmmədov bıçaqlandı
    • 15-04-2024, 09:36
    • 129

Ülvi Məmmədov bıçaqlandı

Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

261 saylı orta məktəbin yaxınlığında 1999-cu il təvəllüdlü Məmmədov Ülvi Ziyarəddin oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.