Bakıda yeniyetmə bıçaqlanıb
    • 28-02-2024, 08:15
    • 207

Bakıda yeniyetmə bıçaqlanıb


Bakının Nəsimi rayonunda bıçaqlanma baş verib.

News24.az xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

2006-ci il təvəllüdlü Ağayev Oruc Elşən oğlu dava zamanı bıçaqlanıb.

O, sağrı və kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.//apa