Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ
    • 6-05-2024, 13:58
    • 203

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir.

News24.az bildirir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Qeyd olunub ki, avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçıları yola çıxarkən diqqətli olmalı, yol hərəkəti qaydalarına riayət etməlidir.

“Yağışlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər”.

Qurumdan həmçinin bildirilib ki, piyadalar da ehtiyatlı olmalı, avtomobil yoluna çıxmamaq, yolları onlar üçün ayrılan piyada keçidlərindən keçməməlidir