-
- 6-05-2024, 15:32
- 333
Rekord istilər: ÖLƏNLƏR VAR
Mövsümi normalardan daha uzun yay mövsümü keçirən Taylandda istidən ölüm halları baş verib.
News24.az xəbər verir ki, Tayland Səhiyyə Nazirliyinin müavini Dr. Atthapol Kaewsamrit açıqlamasında fevralın 22-dən bəri ölkədə həddindən artıq istilər səbəbindən ən azı 38 nəfərin öldüyünü açıqlayıb. Ölənlərin əksəriyyətinin açıq havada işləyənlər, xəstəlikləri olan insanlar və yaşlılardan ibarət olduğunu bildirib.
İsti dalğanın yay mövsümünün son günlərinə qədər təsirini davam etdirəcəyini bildirən Atthapol, Taylandlılara və ölkəyə gələn turistlərə bir həftə ərzində günorta saatlarında lazım olmadıqca çölə çıxmamaları və bol maye içmələri barədə xəbərdarlıq edib.
Taylandın Fəlakətlərin Qarşısının Alınması Departamenti (DDPM) də ölkənin 12 əyaləti üçün rəsmi xəbərdarlıq edib.
O, havanın temperaturunun bəzən 40 dərəcəni keçdiyi Yala, Phuket, Krabi, Trat, Chon Buri, Pattani, Surat Thani, Phang Nga, Rayong, Chanthaburi, Samut Prakan və Banqkokda əhaliyə lazımi ehtiyat tədbirlərini görmələri barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Tailandın paytaxtı Banqkokda rekord orta temperatur qeydə alınıb. Tayland Meteorologiya Departamentinin məlumatına görə, paytaxtda tarixin ən isti aprel ayı yaşanarkən, hiss olunan temperaturun bəzi yerlərdə 54 dərəcəyə çatdığı qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, ölkədə normal olaraq may ayında başlayan yağışlı mövsümün ləngiməsi dünyada baş verən iqlim dəyişikliyi ilə bağlıdır.
Günel Məlikzadə