Günvurmadan 34 nəfər öldü – Həkimlərdən xəbərdarlıq
    • 17-06-2023, 19:44
    • 294

Günvurmadan 34 nəfər öldü – Həkimlərdən xəbərdarlıq

Hindistanın şimalındakı Uttar Pradeş əyalətində istilər nəticəsində son 2 gündə 34 nəfər həyatını itirib.

Hindistan Meteorologiya Departamenti (IMD) Ballia bölgəsində temperaturun mövsümi normadan yüksək olduğunu, 42,2 dərəcəyə yüksəldiyini açıqlayıb.

Həkimlər yaşı 60-dan yuxarı olanların çölə çıxmaması ilə bağlı xəbərdarlıq ediblər. /Teleqraf.com/