5 il sonra ilk
    • 6-05-2024, 15:54
    • 121

5 il sonra ilk

Çin sədri Si 5 il sonra ilk dəfə Avropaya səfər edəcək.

News24.az xəbər verir ki, səfərinin ilk dayanacağında dünən Avropa Birliyinin (Aİ) lokomotiv ölkələrindən biri olan Fransaya səfər edən Si, mayın 10-dək davam edəcək səfəri çərçivəsində Serbiya və Macarıstanda da təmaslar aparacaq.

2019-cu ildən bəri ilk dəfə Avropaya səfər edən Sinin Avropada ənənəvi dost olan Fransa və Çini seçməsi Pekinin geosiyasi, iqtisadi təzyiqlər qarşısında qitədə dəstək tapmaq istəyini əks etdirir.

Pekin administrasiyası ABŞ-la rəqabətdə Qərb ittifaqında pozğunluq tapmaq ümidi ilə “Avropanın strateji muxtariyyəti” ideyasını dəstəkləyir. Ona görə də Si Avropanın Çinlə münasibətlərində ABŞ-ın “vassalı” olmamalı olduğunu müdafiə edən Fransa prezidenti Emmanuel Makronu strateji dost kimi görür.

Qeyd edək ki, 6-7 may tarixlərini əhatə edən Fransa səfəri zamanı Si paytaxt Parisdə və Fransa Pireneylərindəki Pic du Midi dağ kurortunda Makronla danışıqlar aparacaq.

Fransa lideri ötən il aprelin 5-8-də Çinə səfər edərkən, eyni şəkildə paytaxt Pekində və ölkənin cənubundakı Quanqdonq əyalətinin mərkəzi Quanqcouda da qonaq olub.

Günel Məlikzadə