Çin prezidenti Makronla görüşəcək
    • 19-03-2024, 12:15
    • 100

Çin prezidenti Makronla görüşəcək

Çin lideri Si Szinpin mayın əvvəlində Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

News24.az xəbər verir ki, “Politico” məlumat yayıb.

Məlumata görə, Çin liderinin səfəri Paris və Pekin arasında diplomatik əlaqələrin qurulmasının 60-cı ildönümünə təsadüf edəcək.

Bildirilir ki, Çin Ukraynadakı müharibəyə baxmayaraq, Si Szinpin Rusiya prezidenti Vladimir Putinlə məhdud tərəfdaşlığı səbəbindən Avropa ilə pozulmuş münasibətləri bərpa etməyə çalışır.

Qeyd edək ki, bu Si Szinpin pandemiyadan sonra ilk Avropa səfəri olacaq.

Mehriban Mirzəzadə