"Bacardığımız qədər Rəfahda qalacağıq"
    • 6-05-2024, 23:59
    • 262

"Bacardığımız qədər Rəfahda qalacağıq"

Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi (UNRWA) İsrailin mümkün Rəfah əməliyyatını həyata keçirəcəyi təqdirdə agentliyin Rəfahdakı mövcudluğunu mümkün qədər davam etdirəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, UNRWA-nın mövzu ilə bağlı verdiyi açıqlamada, “İsrailin Rəfaha hücumu daha çox mülki vətəndaşın əziyyət çəkməsi və ölməsi deməkdir. Nəticələri 1,4 milyon insan üçün dağıdıcı olardı. Agentlik Rəfahdakı mövcudluğunu mümkün qədər uzun müddət davam etdirəcək və insanlara həyati xilasedici yardım göstərməyə davam edəcək”.

UNRWA-nın baş komissarı Filip Lazzarini vurğulayıb ki, Qəzzada lazım olan miqrasiya deyil, atəşkəsdir.

Lazzarini açıqlamasında deyib: “İsrailin hərbi hücumu Qəzza xalqı üçün onsuz da dözülməz olan faciənin artmasına səbəb olacaq. Artıq insan tərəfindən yaradılmış aclığın genişlənməsini geri qaytarmağı daha da çətinləşdirəcək. Yeni məcburi köçlər və sonsuz əzab narahatlığı deyil, atəşkəs lazımdır. Tərəfdaşlarımızla birlikdə Rafahda mümkün qədər uzun müddət qalacağıq və kritik yardım çatdıracağıq”, - deyə bildirilib.

Günel Məlikzadə