BMT həyəcan təbili çalır: YAŞAMAQ MÜMKÜN DEYİL
    • 15-12-2023, 12:10
    • 228

BMT həyəcan təbili çalır: YAŞAMAQ MÜMKÜN DEYİL

İsrail və Fələstin arasında münaqişə zonasında vəziyyət getdikcə pisləşir və Qəzza zolağında yaşamaq artıq mümkün deyil. 

News24.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən bu forumda iştirak etmək üçün Qəzzadan qayıtdım. Münaqişə başlayandan bəri bu, mənim anklava üçüncü səfərim idi. Və hər dəfə vəziyyət pisləşir. Bu gün Qəzza artıq yaşamaq üçün bir yer deyil”, - deyə o vurğulayıb.

BMT-nin ali komissarı Qəzzanın cənubunda yerləşən Rəfahda dağılmış infrastruktura işarə edərək, dekabrın 1-də hərbi əməliyyatların bərpasından sonra BMT-nin anklavın şimalına çıxışını itirdiyini qeyd edib.

Ayşən