Ermənistanla Azərbaycan arasındakı delimitasiya prosesi başladı
    • 7-05-2024, 07:57
    • 126

Ermənistanla Azərbaycan arasındakı delimitasiya prosesi başladı


Ermənistan tərəfindən Azərbaycana təhvil veriləcək Qazax rayonunun Xeyrimli kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Tavuş vilayətinin Kirants (Günən) kəndinin başçısı Kamo Şaqinyan bildirib.

Onun sözlərinə görə, kəndə geodeziyaçılar gəliblər:

“Kənddə çox sayda polis var. Geodeziyaçılar azı üç gün burada qalacaqlar”, – deyə o qeyd edib.

Şaqinyan kəndlilərin ərazidə gərginlik yaratdığını, lakin yolu bağlamadığını, əlavə maneələr törətmədiyini vurğulayıb.