-
- 7-05-2024, 08:24
- 330
22 yaşlı idmançı faciəvi şəkildə öldü
Portuqaliya millisinin reqbi oyunçusu Pyer Fernandes Fransada avtomobil qəzasında həlak olub.
News24.az Publika.az-a istinadla xəbər verir iki, bu barədə milli federasiyanın mətbuat xidməti məlumat yayıb
Qəza mayın 4-də səhər saatlarında İzer departamentinin Sen-Kler-dyu-Ron şəhərində baş verib. “Dauphine Libere” yazır ki , reqbi oyunçusu idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb.
İdmançının 22 yaşı var idi. Klub səviyyəsində üçüncü divizionda Fransanın “Vyana” komandasında çıxış edirdi. Fernandes Klermonda anadan olub və Fransa vətəndaşlığı da var.
2021-ci ildə Fernandes 20 yaşadək futbolçular arasında Avropa çempionatında gümüş medal qazanıb.
Federasiya futbolçunun vəfatı ilə bağlı başsağlığı verib.