Portuqaliya millisi rekord qələbə QAZANDI
    • 12-09-2023, 10:34
    • 536

Portuqaliya millisi rekord qələbə QAZANDI

Futbol üzrə Portuqaliya millisi Lüksemburq yığmasına 9:0 hesabı ilə qalib gəlib. 

News24.az xəbər verir ki, ilk hissədə Qonçalo İnasio və Qonçalo Ramos Lüksemburq komandasının qapısına iki qol vurub. Fasilədən sonra Dioqo Jota dubla, Rikardo Horta, Bruno Fernandes və Joao Feliks isə hərəsi bir qol vurub. Portuqaliya millisinin kapitanı və bombardiri Kriştianu Ronaldo matçda iştirak etməyib.

Bu qələbə Portuqaliya millisinin tarixində ən böyük qələbə oldu. Əvvəllər 8:0 rekordu iki dəfə Lixtenşteyn komandası ilə oyunlarda (1994 və 1999), bir dəfə isə 2003-cü ildə Küveyt yığması ilə oyunda qeydə alınıb.

Aynurə