AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif
    • 7-05-2024, 10:06
    • 353

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir.

News24.az xəbər verir ki, təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Bakıdan Dubaya aviabiletlərin qiyməti

Bir tərəfə:

Gecə reysləri – 88 avrodan
Səhər reysləri – 108 avrodan
Gediş-dönüş:

Gecə reysləri – 168 avrodan

Səhər reysləri – 208 avrodan
Dubaydan Bakıya aviabiletlərin qiyməti

Bir tərəfə:

Gecə reysləri – 348 dirhəmdən
Səhər reysləri – 428 dirhəmdən
Gediş-dönüş:

Gecə reysləri – 666 dirhəmdən
Səhər reysləri – 828 dirhəmdən
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.