-
- 13-02-2024, 18:21
- 229
İspaniya: "Oktyabrın 7-dən İsrailə heç bir hərbi texnika satılmayıb"
İspaniya Nazirlər Şurasının həftəlik toplantısından sonra jurnalistlərin suallarını cavablandıran İspaniya hökumətinin sözçüsü və təhsil naziri Pilar Alegria dünən İspaniya mətbuatında yer alan və reaksiyalara səbəb olan iddianı təkzib edib. Noyabrda İsrailə 987 milyon avro dəyərində hərbi sursat satan Palencia bu məlumatların oktyabrın 7-dən əvvələ aid olduğunu bildirib.
News24.az xəbər verir ki, Aleqria bəyan edib ki, İspaniya hökuməti İsrailə silah və hərbi texnika satışını dayandırmaqda çox diqqətlidir.
Dünyada sülhlə bağlı beynəlxalq araşdırmalar aparan müstəqil bir qurum olan "Centro Delas", "Comex" xarici ticarət saytındakı məlumatlara görə, dünən bir ispan şirkətinin 2023-cü ilin noyabr ayında İsrailə 987 min avroya hərbi sursat satdığını açıqladı.
Bu iddiadan sonra həm koalisiya hökumətinin kiçik ortağı Sumar, həm də hökumətə kənardan dəstək verən Podemos partiyaları Xarici İşlər Naziri Xose Manuel Albaresin “İsrailə silah satışı dayandırılıb” vədini yerinə yetirmədiyi üçün tənqid etdilər.
Kataloniyanın Respublikaçı Sol Partiyası (ERC) nazir Albaresdən parlamentdə bu iddiaları izah etməsini istəyib.
Xarici İşlər, Avropa Birliyi və Əməkdaşlıq Nazirliyi də bu xəbərlə bağlı yazılı açıqlama verərək, "7 oktyabr 2023-cü ildən bəri İsrailə silah satışı əməliyyatına icazə verilməyib" deyib.
Günel Məlikzadə