"Ev-toyuq oğruları, tiktoker Əli Kərimli kimilər xaricə məlumat ötürürlər"
    • 7-05-2024, 13:05
    • 330

"Ev-toyuq oğruları, tiktoker Əli Kərimli kimilər xaricə məlumat ötürürlər"

"Postsovet ölkələrində ilk dəfə ölüm hökmünü ümummilli liderimiz Heydər Əliyev ləğv edib". 

News24.az bildirir ki, bu sözləri Milli Məclisdə keçirilən iclasda çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, insan hüquqlarına diqqət və qayğı hər zaman dövlətin diqqət mərkəzində olub.:

"Təəssüf ki, bu gün bizə qarşı çoxlu sanksiyalar tətbiq olunur, Bu gün atasını-anasını tanımayan ölkələr, təşkilat üzvləri Azərbaycanın hansısa ucqar bir bölgəsində müstəntiq işləyən şəxslərə sanksiya tələb edirlər. Bu gün burada oturan, ev-toyuq oğruları, tiktoker Əli Kərimli kimilər xaricə məlumat ötürürlər".  

Şəhanə