Bu gün Nadir səhnəyə çıxacaq - “Avroviziya”da II yarımfinal həyəcanı
    • 12-05-2022, 10:47
    • 573

Bu gün Nadir səhnəyə çıxacaq - “Avroviziya”da II yarımfinal həyəcanı

Mayın 12-də İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

News24.az xəbər verir ki, ikinci yarımfinalda aşağıdakı 17 ölkənin təmsilçisi çıxış edəcək: Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç.

Azərbaycanı “Fade to back” mahnısı ilə müğənni Nadir Rüstəmli təmsil edəcək.

Qeyd edək ki, birinci yarımfinaldan finala İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova və Niderland keçib.  

Böyük Dördlüyə daxil olan ölkələr - Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və ötən ilin qalibi İtaliya birbaşa finalda iştirak edəcək.

“Avroviziya-2022”ni həm müsabiqənin rəsmi yutub kanalı vasitəsilə, həm də İTV telekanalının efirindən izləmək mümkündür.